İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyda qan düşdü

Ucar sakini qonşusunu bıçaqlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Küçəkənd kəndində baş verib. Kənddə keçirilən toy şənliyində yeyib-içən iki qonşunun mübahisəsi qanla nəticələnib.

Kənd sakini, 1971-ci il təvəllüdlü Maarif Həmid oğlu Xəlilov mübahisə etdiyi qonşusu, 1962-ci il təvəllüdlü Muxdər Rəhim oğlu Rəsulovun evinə gələrək ona bıçaqla xəsarət yetirib.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR