İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşdü

Bakı və Moskva həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq platformalarda xarici siyasi koordinasiyanı daha da gücləndirməyi hədəfləyib.

Bu məsələ Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşündə müzakirə olunub.

Ətraflı söhbət zamanı tərəflər qarşılıqlı maraq doğuran aktual beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda, Moskva və Bakının həm ikitərəfli formatda, həm də beynəlxalq platformalarda sıx xarici siyasi koordinasiyanı davam etdirməyə hazır olduğu təsdiqlənib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR