İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev mühüm fərman imzaladı: İqtisadiyyat liberallaşdırılır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iqtisadiyyatda dövlət sektorunun payının azaldılması və rəqabətin inkişafına yönəlmiş “İqtisadiyyatın liberallaşdırılması tədbirləri haqqında” fərman imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən Qazaxıstan Respublikasının Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyinin nəzdində özəlləşdirməyə çıxarılan dövlət aktivləri üçün meyarların işlənib hazırlanmasını və onların siyahısının formalaşdırılmasını təmin edəcək Milli Özəlləşdirmə İdarəsinin yaradılması nəzərdə tutulur.

Bundan əlavə, “Samruk-Kazyna” Milli Rifah Fondu SC (Qazaxıstan Milli Rifah Fondu – red.) və onun törəmə müəssisələrinin korporativ idarəçiliyinin keyfiyyətinin və müstəqilliyinin artırılması, habelə həyata keçirilən satınalma proseslərinin təkmilləşdirilməsi üçün tədbirlər nəzərdə tutulur.

Eyni zamanda məhsul bazarlarında rəqabətin inkişafı üçün tədbirlər hazırlanıb: “Tənzimləmə siyasətinin daha da təkmilləşdirilməsi, biznesin açılması və aparılması prosedurlarının liberallaşdırılması üzrə tədbirlər təklif olunur. Beləliklə, istehlakçıların kvazi-dövlət təşkilatları tərəfindən göstərilən kommersiya xidmətlərinə çıxışının, texniki şərtlərin əldə edilməsi və kommunal şəbəkələrə qoşulma prosedurlarının sadələşdirilməsi və avtomatlaşdırılması (rəqəmləşdirilməsi) nəzərdə tutulur”.

Qazaxstan standartlarına əsasən layihə-smeta sənədləri məcburi işlənmədən obyektlərin tikintisi üçün qabaqcıl beynəlxalq standartlara cavab verən layihələrdən istifadə imkanının təmin edilməsi tapşırılıb.

Fərmanda ayrıca blok sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsinin gücləndirilməsinə, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasına, dövlət orqanlarının təşəbbüsü ilə həyata keçirilən qadağanedici və məhdudlaşdırıcı tədbirlərin prokurorlarla razılaşdırılmasına yönəlmiş tədbirlər kompleksini nəzərdə tutur: “Fərmanın icrası dövlət sektorunun iqtisadiyyatda payının genişmiqyaslı və sürətləndirilmiş şəkildə azaldılmasına, eləcə də özəl sahibkarlıq üçün iqtisadi məkanın sərbəstləşməsinə əlavə təkan verəcək”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR