İnsanlara hürriyət, millətlərə istiqlal!

Timoşenko: "Nazir Monastırski qaynar nöqtələrdən birinə gedirdi..."

Xəbər verildiyi kimi, Ukrayna daxili işlər naziri Denis Monastırskinin və nazirlik rəhbərliyinin olduğu helikopter qəzaya uğrayıb. Təyyarənin uşaq bağçasının yanında düşməsi nəticəsində günahsız uşaqlar da həlak olub.

Bu vaxta qədər olan məlumata görə, 18 adamın öldüyü bildirilir. Ölənlər arasında daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və nazirliyin dövlət katibi Yuri Lubkoviç, o cümlədən 3 azyaşlı uşaq var.

Prezident Aparatı rəhbərinin müavini Kirilo Timoşenko nazirin döyüş əməliyyatlarının davam etdiyi qaynar nöqtələrdən birinə uçduğunu söyləyib.

"Nazir konkret işlə əlaqədar, hərbi əmliyyatların getdiyi yerə gedirdi”,-deyə Ukrayna rəsmisi qeyd edib.

Qəzanın səbəbləri ilə bağlı hələ ki dəqiq məlumat verilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR