İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə yenidən etiraz aksiyasına başlanıldı

Tiflisdə Gürcüstan parlamenti qarşısında yenidən etiraz aksiyası keçirilir.

Musavat.com xəbər verir ki, bu barədə "Paper Kartuli" xəbər verib. Qeyd edilir ki,  Rustaveli prospektinə toplaşan etirazçılar paytaxtın əsas küçəsində hərəkəti dayandırıblar.

Polis parlament binasına bitişik yollarda cəmləşib.

Etirazlar ardıcıl səkkizinci gündür ki, davam edir. Aksiya iştirakçıları hökumətin Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarının başlanması məsələsinin müzakirəsini 2028-ci ilin sonuna qədər təxirə salmaq qərarına etiraz edirlər.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR