Onlayn ictimai-siyasi qəzet
Tiflisdə etirazçılar gecəni parlament binası qarşısında keçiriblər.
Musavat.com xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilir ki, etirazçılar hökumət rəsmilərinin 1989-cu il 9 aprel nümayişi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etməsinə imkan verməmək niyyətindədirlər.
Etirazçılar dünən axşam saatlarında mərkəzi Rustaveli prospektində toplaşıblar. Onların arasında ötən ilin dekabrında keçirilən mitinqlərdə saxlanılanların ailə üzvləri də var. Onların məqsədi baş nazir İrakli Kobaxidzenin və digər hökumət rəsmilərinin parlament binasının qarşısında yerləşən memoriala çatmasının qarşısını almaqdır.
Hər il aprelin 9-da ölkənin yüksək vəzifəli şəxsləri 1989-cu il hadisələri qurbanlarının xatirəsini yad etmək üçün buraya gəlirlər. Həmin gün sovet qoşunları Gürcüstanın müstəqilliyi uğrunda keçirilən mitinqdə nümayişçilərə atəş açıb, nəticədə 20-dən çox insan həlak olub.
Bildirilir ki, hazırda parlament qarşısında vəziyyət sakitdir, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaya müdaxilə etmirlər.
Musavat.com
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ