Onlayn ictimai-siyasi qəzet
“Rusiya bazarını tərk edərkən bütün öhdəliklərini yerinə yetirmiş şirkətlərlə hörmətli dialoq aparılacaq”.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində bildirib ki, vicdansızlıq edən bizneslərin geri qayıtması baha başa gələcək.
"Elə şirkətlər var ki, geri qayıtmaq hüququnu özündə saxlayır, əmək kollektivləri, Rusiya Federasiyasının subyektləri qarşısında bütün öhdəliklərini yerinə yetirir - bu bir şeydir. Təbii ki, biz onlarla çox diqqətli, hörmətli dialoq aparmalıyıq, öz maraqlarımıza riayət etməliyik", - o izah edib.
Bununla belə, Peskov davam edərək deyib ki, bəzi şirkətlər hər şeyi tərk ediblər: işçiləri, onların maaşlarını, sosial öhdəliklərini. Rusiya onlarla fərqli danışacaq. Hər kəsi içəri buraxmaq lazımdır. Sadəcə olaraq, bura qayıtmaq onlara çox baha başa gələcək. Onlar hər şeyə - o vaxt tam ödəmədikəri hər şeyə görə çox ödəməli olacaqlar", - Kreml nümayəndəsi qeyd edib.
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ