Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən avtomobil körpüsündə genişləndirmə işləri davam etdirilir.
Musavat.com xəbər verir ki, işlər Sumqayıtdan Bakı istiqamətində yolun sağ tərəfində aparılır.
Bu səbəbdən də Saray körpüsünü keçən sürücülər demək olar ki, hər gün tıxacda qalır.
Saytın əməkdaşı işlərin nə yerdə olduğunu öyrənmək məqsədilə ərazidə olub və fotolar, video çəkib.
Xatırladaq ki, Bakı ilə Sumqayıtı birləşdirən Saray körpüsünün əsaslı təmirdən sonra açılışı martın 18-də baş tutub. Uzunluğu 104 metr olan körpü 3 aşırımdan ibarətdir, ümumi eni 21,6 metrdir və iki gediş, iki dönüş olmaqla 4 hərəkət zolağından ibarətdir.
Şahanə Rəhimli
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ