Onlayn ictimai-siyasi qəzet
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, Ukraynadakı müharibə iştirakçıları hər bir rus məktəbində dərs deməlidir.
Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, onun sözlərinə görə, bu, uşaqların tərbiyəsi üçün vacibdir
Krasnodarda Kuban Dövlət Universitetinin tələbələri və müəllimləri ilə görüşdə Volodin deyib ki, müharibə iştirakçılarına məktəblərdə işləmək və “onlara daha yaxın olan fənləri” öyrətmək imkanı verilməlidir.
O, vurğulayıb ki, “xüsusi hərbi əməliyyat”ın döyüşçüləri ölkəni müdafiə etmək seçimi ediblər və dövlət onlara qayğı göstərməlidir. Onun fikrincə, məktəblilərə dərs keçərkən onların təcrübəsi və keyfiyyətləri tələbat olmalıdır.
"Mən istərdim ki, hər bir məktəbdə belə müəllim olsun... Bu, uşaqlar üçün vacibdir", - Dövlət Dumasının sədri qeyd edib.
Yada salaq ki, müharibə başlayandan bəri rus məktəblərində Ukrayna hakimiyyətinin hərəkətlərinə haqq qazandıran söhbətlər aparılır. Məktəblilər üçün işğalı, Krımın ilhaqını, hətta Stalin repressiyalarını təqdir edən yeni tarix dərsliyi nəşr olunub. Bundan əlavə, müharibə veteranları artıq dərs saatları çərçivəsində məktəblərə gəlir, uşaqlar hərbi mövzulu tədbirlərdə fəal iştirak edirlər.
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ