İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu da ANS-in məşhur aparıcısının türk əri - VİDEO

Bir zamanlar ANS telekanalında yayımlanan və tamaşaçılar tərəfindən böyük maraqla izlənilən "Kamerton" verilişinin aparıcısı olmuş Gülnarə Məmmədovanın ailəsi maraqlı görüntüləri sosial şəbəkədə yayılıb.

Keçmiş teleaparıcı hazırda şəxsi həyatına daha çox zaman ayırır. O, türk əsilli həyat yoldaşı və oğlu ilə birlikdə xoşbəxt ailə həyatı qurub. Sosial şəbəkədə yayılan yeni fotolarda Gülnarənin ailəsi ilə səmimi görüntüləri izləyicilər arasında maraq doğurub.

Bir çox sosial şəbəkə istifadəçiləri Gülnarənin uzun fasilədən sonra ekranlardan uzaq qalmasına baxmayaraq, ailə həyatı ilə xoşbəxt göründüyünü yazaraq, ona xoş arzular ünvanlayıblar.

Xatırladaq ki, "Kamerton" verilişi bir vaxtlar ANS-in ən sevilən layihələrindən biri idi və Gülnarənin aparıcılığı ilə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanırdı./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2025

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR