İnsanlara hürriyət, millətlərə istiqlal!

“Telegram”da bir sıra yeniliklər tətbiq edilib

“Telegram” messencerində bir sıra yeniliklər tətbiq olunub.

İndi tətbiq istifadəçiləri bildiriş səsləri yarada, bildirişləri söndürmək və mesajları avtomatik silmək üçün taymerlər təyin edə, yadda saxlanmış orijinal mesajla cavabları yönləndirə və yeni nəsil botları inkişaf etdirib istifadə edə biləcəklər.

Artıq tətbiqin yenilənmiş versiyasında siz bildirişləri tamamilə və ya müəyyən müddətə söndürə bilərsiniz.

İstənilən çatlarda taymer parametri ilə mesajların avtomatik silinməsi funksiyası da istifadəçilər üçün əlçatan olub.

Bundan əlavə, şirkət tərtibatçıları “JavaScript”də interfeys yaratmaq üçün yeni alətlər təqdim edib.

Mənbə: TASS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR