İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranın İrəvanı və separatçıları silahlandırması təsdiqləndi - cavabsız qalan notamız...

İranın xüsusi xidmət orqanlarına yaxın kanal fars rejiminin ermənilərə raket verdiyini açıqlayıb; Qabil Hüseynli: “İranın Ermənistana göndərdiyi silahların miqdarı və çeşidi artıb”

Musavat.com dekabrın 7-də etibarlı mənbəyə istinad edərək İranın Ermənistana silah hədiyyə etməsi haqda yazmışdı. Məlumatda qeyd olunurdu ki, noyabrın 24-də və 30-da Qarabağa 27 nəfər İran vətəndaşının gəlişi Tehranın Ermənistana silah hədiyyə etməsi ilə əlaqədar olub. Belə ki, həmin şəxslər hərbi təlimatçılar olub, Qarabağda separatçılara Tehranın göndərdiyi silahların istifadəsi ilə bağlı təlim keçməyə gedirmişlər.

Söhbət gizli yolla Ermənistana göndərilmiş İran istehsalı olan 600 ədəd raketdən gedir. Yazmışdıq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri düşmən ölkəyə 500 ədəd “Dehjlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi hədiyyə edib. Xəbərdə o da qeyd olunurdu ki, iranlıların bölgəyə gələcəyi İranla Ermənistan arasında oktyabrın sonlarında - İran istehsalı olan 600 ədəd raket göndərəndən dərhal sonra razılaşdırılıb. Bu səbəbə raket kompleksləri ünvana çatdırılandan bir ay sonra iranlı mütəxəssislər bölgəyə göndərilib.

İranın Ermənistana göndərdiyi raketlərin qiyməti – AzerTimes

“Yeni Müsavat” yazır ki, rəsmi Tehran həm hədiyyə edilən silahlar, həm də separatçı bölgəyə göndərilən müəmmalı şəxslərlə bağlı hər hansı rəsmi açıqlama verməsə də, İran hakimiyyətinə yaxın mediada silahlar mövzusunda etiraf gəlib. Belə ki, “Exbare Suriye” (“Suriya xəbərləri”) adlı Telegram kanalında dərc olunan məqaləni daha sonra İranın bir neçə saytı da yayımlayıb. “Exbare Suriye” kanalı İranın xüsusi xidmət orqanlarına yaxın mənbə hesab olunur. Bu yazının daha sonra xəbər saytlarında yayılması göstərir ki, yazı hərbi dairələrin sifarişi ilə hazırlanıb.

Yazıda qeyd olunur ki, hazırda İran dünyanın 55-dən çox ölkəsinə silah ixrac edir, İran silahları yüksək keyfiyyətlidir və münasib qiymətə təklif olunur. Ukrayna müharibəsindən sonra 20 ölkə İrandan pilotsuz aparatlar almaq üçün danışıqlar aparır. 15 mindən çox dron və raket sifarişi var və s. Yazıda həmçinin vurğulanır ki, bütün bunların fonunda İranın Ermənistana silah verməsi təəccüblü qarşılanmamalıdır. Ardınca Musavat.com-un qeyd etdiyi faktlar göstərilir və adıçəkilən raketlərlə yanaşı, Tehranın Ermənistana döyüş, kəşfiyyat və intiharçı dronlar göndərə biləcəyi qeyd olunur. Sözsüz ki, bu məqalə məhz hərbi dairələrin sifarişi ilə hazırlanıb və Bakıya cavab xarakteri daşıyır. Bəlli olur ki, İranda Azərbaycanla münasibətlərin daha da pisləşməsini istəyən qruplar var və onlar dövlətdə güclü mövqedədirlər. Bu isə fars rejiminin ölkəmizə qarşı düşmənçilik siyasətini davam etdirəcəyi anlamına gəlir. Əlavə edək ki, Tehran iranlı təlimatçı - diversantların Qarabağa qanunsuz keçməsi ilə bağlı rəsmi Bakının notasını hələ də cavablandırmayıb. Görəsən, niyə? Raketlərin, kamikazde dronların Ermənistana verilməsi və eyni zamanda, lazım gələrsə, əsgəri yardımın da edilməsinə sözün verilməsi təəssüf doğurur. Məgər həmin qüvvələr bilmirlər ki, öz quyularını daha dərindən qazırlar?

Ukrayna üç aylıq şok hücum planını açıqladı - Qabil Hüseynli ilə CANLI

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İran hərbi sənaye kompleksi ilə öyünür: “Onlar yüksək texnologiyaya cavab verdiklərini vurğulayırlar. İran Ermənistana silah göndərdiyini etiraf edir. Hətta Horadiz əməliyyatlarından əvvəl mərhum prezident Heydər Əliyev cəbhə bölgəsinə gedərkən səngərləri gəzəndə ermənilər onun olduğu ərazini atilleriyadan atəşə tutmuşdular. Atəşdən sonra yerə düşən mərmi partlamamışdı. Sonra həmin mərmi zərərsizləşdirildi, üzərini oxuduqda məlum olmuşdu ki, İran istehsalı olan mərmidir. Heydər Əliyev İrana səfəri zamanı həmin mərmini o dövrdə Rəfsəncaniyə göstərmişdi, onlar da Ermənistana silah verdiklərini etiraf etmişdilər. Beləliklə, nəinki indi, o dövrdən məlumdur ki, erməniləri silahlandıran ölkələrdən biri də İrandır”. Q.Hüseynli hesab edir ki, son vaxtlar İranın Ermənistana göndərdiyi silahların miqdarı və çeşidi artıb: “İran mediası hətta lovğalıqla bu məsələni Tehranın yüksək texnologiyaya malik olması ilə təqdim etməyə çalışır. Bu gün Rusiyaya Ukrayna cəbhəsində istifadə üçün göndərdiyi raketlər və dronlar da bunu sübut edir. Dünya İranın bu addımlarını görür və sanksiyalar daha da artırılır. Şübhə etməmək olar ki, İranın bu hərəkətləri ilə bağlı ölçü götürüləcək və hərbi istehsal sahələrini məhv edəcək hərbi hava qüvvələrinin əməliyyatları başlayacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR