İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhlükəli quraşdırılmış istilik borusu niyə dəyişdirilmir? - FOTO

Bakının Nərimanov rayonunda istilik borusunun forması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, rayonun Aşıq Alı küçəsində yerləşən, "Azəristiliktəchizat" ASC-yə məxsus borunun təhlükəli vəziyyətdə quraşdırılması tənqidlə qarşılanıb.

"Azəristiliktəchizat" ASC-nin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Elvin Basqallı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, müzakirələrə səbəb olan qurğu, həqiqətən də, qurumun balansındadır:

 

“Fotoda əks olunan istilik borusu Sovet dövründə quraşdırılıb. Biz bunun ləğv edilməsini deyil, daha kiçik və yerin altı ilə keçən qurğu ilə əvəz edilməsini nəzərdə tuturuq. İstilik mövsümü başa çatandan sonra yenilənmə aparılacaq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR