Onlayn ictimai-siyasi qəzet
Türkiyə Silahlı Qüvvələri Suriyada PKK terrorçularına qarşı planlaşdırılan əməliyyatlara hazırlıq məqsədilə tam hazır vəziyyətə gətirilib.
Musavat.com xəbər verir ki, bu barədə “Türkiye” nəşri xəbər yayımlayıb.
Xəbərdə bildirilir ki, Türkiyə lazımi addımları atmaqda qərarlıdır və Ankara rəhbərliyi mümkün ssenariləri, o cümlədən hərbi müdaxilə variantlarını müzakirə edir.
“Türkiyə hökuməti Suriya rejimindən terror təşkilatlarına qarşı mübarizəni gücləndirməsini tələb edərək, lazımi addımlar atmağa qərarlıdır” - nəşr yazır.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ