Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı Qarabağdakı erməni azlığın bir qrup nümayəndəsinin Həkəri körpüsünə qədər mitinqini müşayiətdən imtina edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə separatçıların nümayəndəsi Artur Osipyan məlumat yayıb.
Osipyan sülhməramlıların komandirinin müavini, polkovnik Sazonovun məktubunu aldıqlarını söyləyib.
“9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobilləri müşayiət etməsi, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyini təmin etməsi nəzərdə tutulmayıb”, - deyə həmin məktubda qeyd olunub.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ