İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov: "Səbail"lə cavab oyunu daha da gərgin keçə bilər"

Cavab görüşü daha da gərgin keçə bilər.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Səbail"ə qarşı ilk oyundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri matç barədə danışıb:

"Bu gün çox yaxşı komandaya qalib gəldik. İkinci hissədəki dəyişikliklərlə oyunun sürətini artırdılar. "Səbail" həm topla, həm də topsuz meydanda çox düzgün davrandı. Futbolçularımı təbrik edirəm, çox istəkli idilər. Hələ ilk oyundur. Cavab görüşü daha da gərgin keçə bilər".

Q.Qurbanov heyətə yeni cəlb olunan Kadi Borgesin transferi məsələsinə münasibət bildirib:

"Kadini sıralarımıza cəlb etmək şansımız yarandı və bundan istifadə etdik. Julio Romao üçün "Ferentsvaroş" (Macarıstan) bizə təklif göndərdi. Biz də bu təklifi müsbət qarşıladıq və danışıqlar əsasında Kadi Borgesi transfer etdik".

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR