İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Vaşinqton qəzasından sonra aviasiya təhlükəsizliyi sisteminə yenidən baxılmasını təklif edib

Vaşinqton yaxınlığında baş verən son təyyarə qəzasından sonra ABŞ Prezidenti Donald Tramp Konqresə ölkənin hava hərəkətinə nəzarət sisteminə yenidən baxılması üçün qanun layihəsi təqdim etmək niyyətindədir.

Bu barədə Tramp cümə axşamı Kapitolidə Milli Dua Səhər yeməyində yanvarın 30-da baş vermiş təyyarə qəzasını şərh edərkən bildirib.

“Bizim daha yaxşı avadanlıqlarımız olmalı idi. Nədənsə onlar (toqquşan təyyarə və helikopter) tam komplektləşməmiş olub. Məncə, helikopter yüksəkdə idi və biz dəqiq nə baş verdiyini öyrənəcəyik. Biz dispetçer məntəqələrimiz üçün əla kompüterləşdirilmiş sistem yaratmağa hazırlaşırıq. Tam yeni sistem olacaq, daha parça-parça yığılmış və köhnəlmiş sistem yox”, - o deyib.

Tramp qanunvericiləri ölkənin hava hərəkətinə nəzarət və aviasiya təhlükəsizliyi sistemlərində əhəmiyyətli texnoloji dəyişikliklər etməyə çağırıb.

Xatırladaq ki, “American Airlines” şirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında “Sikorsky H-60 ​​Black Hawk” hərbi helikopteri ilə toqquşaraq Potomak çayına düşüb. Təyyarənin göyərtəsində 64, helikopterdə isə 3 nəfər olub. Qəza sonrası sağ qalan olmayıb.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR