Onlayn ictimai-siyasi qəzet
Mən öz adımdan demək istəyirəm ki, burada bizə qarşı heç bir təzyiq olmayıb.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Ermənistan vətəndaşı Davit Babayan erməniəsilli şəxslərin cinayəti işləri üzrə məhkəmə proseslərinin fevralın 6-da keçirilən baxış iclasında deyib.
Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit Babayan məhkəməyə müraciət edərək söz istəyib.
Məhkəmə D.Babayanın istəyini təmin edib. Təqsirləndirilən şəxs çıxış edərək saxlanma şəraitindən razı olduğunu, ona və digər təqsirləndirilən şəxslərə təzyiq göstərilmədiyini deyib:
"Bizə hər dəfə hörmətlə davranırlar və yerimizdə başqası olsa nə edərdi onu özlərinə sual versinlər. Bizim həqiqəti demək cəsarətimiz var. Həqiqət sərhəd tanımır. Burada saxlanma yerimiz də çox yaxşıdır”.
07 Fevral 2025
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ