Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda keçirilən mərasimdə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova xüsusi mükafat təqdim edib.
Musavat.com xəbər verir ki, tədbir 2023-cü ildə baş verən dağıdıcı zəlzələnin ildönümünə həsr olunub.
Türkiyə Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ərdoğan çıxışı zamanı Azərbaycanın zəlzələ bölgəsinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
“İlk xatirəmiz Azərbaycana olsun. Şəxsim və millətim adından minnətdarlığımı bildirirəm. Bir olaq, qardaş olaq, bərabər olaq”, – o bildirib.
Qeyd edək ki, ötən il baş verən zəlzələdən sonra Azərbaycan Türkiyəyə genişmiqyaslı yardım göndərmiş, xilasedicilər və humanitar dəstəklə fəlakət bölgəsində fəaliyyət göstərmişdi.
Musavat.com
07 Fevral 2025
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ