İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın kabinetində futbol üzrə Dünya Kubokunun görünməsi maraq doğurdu

ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Dairəvi kabinetdə dəfələrlə müsahibələr verib. Lakin tamaşaçılar onun arxasında futbol üzrə Dünya Çempionatının kubokunun olduğunu dərhal fark etməyiblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə idman nəşri The Athletic məlumat yayıb.

Qeyd olunur ki, Tramp FIFA-nın – dünya futbolunu idarə edən təşkilatın tərəfdarı sayılır. Prezident, FIFA rəhbəri Canni İnfantinonun yaxın dostu hesab edilir. Dünya futbolunun rəhbəri Trampı seçkilərdəki qələbəsindən sonra sosial şəbəkələrdə ilk təbrik edənlərdən biri olub. İnfantino hətta prezidentin iqamətgahına gələrək onunla qolf oynayıb və inauqurasiya mərasimində iştirak edib.

Bununla belə, FIFA nümayəndəsi Trampın kabinetində yerləşən kubokun həqiqi Dünya Kuboku olmadığını bildirib.

Qeyd edək ki, növbəti il futbol üzrə Dünya Çempionatı ABŞ-da keçiriləcək. Turnir Kanada və Meksika ilə birlikdə təşkil edilsə də, oyunların böyük hissəsinə ABŞ ev sahibliyi edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR