İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il Azərbaycandan Rusiyaya gedənlərin cəmi 1,9 faizi “turistəm” deyib

Keçən il bütün məqsədlər üçün Rusiyaya 16 milyon 750 617 nəfər gəlib.

Musavat.com xəbər verir ki, məlumatı Rusiya Federal Sərhəd Xidməti açıqlayıb. Bildirilir ki, ötən il gəlişlərin sayı 2023-cü illə müqayisədə 6,5 faiz artıb.

Ötən il Rusiyaya ən Qazaxıstandan (3,4 milyon səfər), Özbəkistandan (3,36 milyon), Tacikistandan (1,7 milyon), Çindən (1,69 milyon), Qırğızıstandan (1,19 milyon), Abxaziyadan (718 min), Ermənistandan (621 min), Azərbaycandan (533 min), Belarusdan (519 min), Monqolustandan (367 min) olub.

Rusiyaya gələn xaricilərin 1,57 milyon nəfəri səfərinin məqsədi olaraq turizm gəzintisini qeyd edib. 2023-cü ildə göstərici 670,7 min olub. Artım - 2,3 dəfə və ya 135 faiz.

Ötən il Rusiyaya turist kimi gedənlərin cəmi 10,2 min nəfəri Azərbaycandan olub. Bu göstərici ilə Azərbaycan 20-ci yerdə qərarlaşıb. Beləliklə, məlum olur ki, 2024-cü ildə Azərbaycandan Rusiyaya gedənlərin cəmi 1,9 faizi turizm məqsədilə gedib.

Maraqlıdır ki, Azərbaycan statistikasında 2024-cü ildə ölkəmizdən Rusiyaya gedənlərin sayı 446,9 min nəfər qeydə alınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR