Onlayn ictimai-siyasi qəzet
"Parni iz Baku" KVN komandasının üzvü, əməkdar artist Cabir İmanovun avtomobil idarə etmək hüququ 6 aydan bir ilədək müddətə məhdudlaşdırıla bilər.
C.İmanov İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
C.İmanovla bağlı iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. 18 aprel tarixində hakim Rəşad Cavadzadənin sədrliyi ilə işə baxılacaq.(Publika.az)
07 Fevral 2025
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ