İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiyadan ŞOK TƏHDİD: "Bunun nəticəsi yaxşı olmayacaq"

Xəbər verdiyimiz kimi, Almaniyanın xarici işlər naziri Annalena Baerbok Polşanın Ukraynaya “Leopard 2” tankı verməsinə mane olmayacaqlarını açıqlayıb. Bu açıqlamadan sonra Polşa rəsmi müraciət edərək prosesə başlayıb.

Musavat.com xəbər verir ki, qərarla bağlı Rusiya Almaniyaya xəbərdarlıq edib.

Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Ukraynaya alman tanklarının göndərilməsinin nəticəsi yaxşı olmayacaq və bu tədarüklər Berlin ilə Moskva arasında gələcək münasibətlərə mənfi təsir göstərəcək.

Peskov Almaniya tanklarının Ukraynaya göndərilməsinin iki ölkə arasındakı münasibətlərdə daimi iz qoyacağını vurğulayıb.

Digər tərəfdən, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Kiyev rejiminə hücum silahlarının verilməsi qlobal fəlakətə gətirib çıxaracaq.

"Əgər Vaşinqton və NATO ölkələri şəhərlərə zərbə endirmək üçün istifadə olunacaq silahlar əldə etsələr və təhdid etdikləri kimi torpaqlarımızı ələ keçirməyə çalışsalar, bu, daha güclü silahlardan istifadə etməklə cavab tədbirlərinə səbəb olacaq" - Volodin deyib.

O, Avropa ölkələrinin deputatlarına və ABŞ Konqresinin üzvlərinə “Onlar insanlıq qarşısında məsuliyyətlərini dərk etməlidirlər” deyə xəbərdarlıq da edib.

Volodin ABŞ və Avropa İttifaqının dünyanı "dəhşətli müharibəyə" sürüklədiyini iddia edib: "Vaşinqton və Brüssel qərarları ilə dünyanı dəhşətli müharibəyə sürükləyir - Yalnız Kiyev rejimi tərəfindən hərbi və kritik infrastruktura hücumların həyata keçirildiyi tamamilə fərqli müharibəyə..."

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR