İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Rusiya Ukraynaya raket ZƏRBƏLƏRİ ENDİRİR

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiya qoşunlarının kütləvi raket hücumu barədə məlumat yayıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinin rəsmi Telegram kanalında saat 05:24-də "Kalibr" tipli qanadlı raketlərin buraxılması haqqında məlumat yayımlanıb.

Hazırda Ukrayna Rusiya pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalır.

Belə ki, "Şahed" tipli dronlar Çerniqov vilayətinin şimalında, Sumy vilayətinin şimalında, Poltava vilayətinin şərqində və cənubunda, həmçinin Xarkov vilayətinin qərbində aktivdir.

Saat 06:10: Xarkov istiqamətinə ballistik raket atılıb.

Saat 06:05: Dnepropetrovsk vilayətinə qanadlı raket atılıb.

Saat 06:03: Xarkov şəhərinin meri İqor Terexov şəhərdə partlayışların olduğunu bildirib.

Saat 06:02: Xarkov vilayətinə ballistik raket atılıb. Sakinlərə sığınacaqlarda olmaları tövsiyə edilib.

Saat 06:01: Xarkov vilayətinə doğru raket buraxılıb.

Saat 05:59: Belqorod vilayətindən Xarkov vilayətinə doğru raket atılıb.

Qeyd olunub ki, gecə ərzində hərbçilər Rusiya "Tu-95MS" bombardmançılarının qalxması barədə məlumat verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR