İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiya bunu da etdi - ŞOK GÖRÜNTÜLƏR

Rusiya Ukraynanın Baxmut şəhərinə fosfor bombası ilə hücum edib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada rus ordusunun Baxmutun boş ərazilərinə fosfor bombaları ilə hücum etdiyi iddia edilib. Bəyanatda Rusiyanın fosfor bombasından istifadə etdiyi anların videosu da yer alıb.

Qeyd edək ki, Rusiya müharibə başlayandan bəri Ukraynada ağ fosfordan istifadə etməkdə ittiham olunur.

Ağ fosfor atmosferdəki oksigen ilə birləşdikdə yanğın əmələ gəlir və bu zaman istilik min dərəcəni keçir. Yanğın ağ tüstü ilə müşahidə edilir və fosforun və ya oksigenlə təmasın bitməsinə qədər davam edir. Ağ fosforun 0,05 qramı yetərlidir ki, insanı öldürsün. Bu kimyəvi silah insan orqaniziminə daxil olan kimi tez həll olur. Mədə-bağırsaq sisiteminin fəaliyyətini dərhal sıradan çıxarır, ürək sisteminin fəaliyyətinə güclü təsir edir və insanda halsızlıq, tənginəfəslik yaradır. Bu, fosfor məzmunlu bombaların təkcə tüstüsünün insanlara etdiyi təsirdir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR