Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan terrorçu-separatçıların başçısı Araik Arutyunyan "istefa" verib. O, bu barədə sosial şəbəkə səhifəsində yazıb.
O, geniş müraciətində "istefası"ndan öncə son "sərəncam"la "dövlət naziri" Qurgen Nersisyanı da "vəzifəsindən" azad etdiyini, onun yerinə "tş katibi" Samvel Şahramanyanı təyin etdiyini və ona "böyük səlahiyyət" verdiyini qeyd edib.
Xatırladaq ki, Arutyunyanın "səlahiyyətlərini" S.Şahramanyan icra edəcək.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Əziz Əlibəyli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
03 Fevral 2025
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ