İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! "Putinin aşpazı"nın oğlu "Vaqner" üzvlərini ƏLƏ VERDİ - Rusiyaya BÖYÜK ŞOK

"Vaqner qrup"un komandiri, Putinin ən yaxın adamlarından biri Yevgeni Priqojinin oğlu Pavel Priqojin sosial şəbəkədə Vaqner muzdlularının gizləndiyi Jdanova qonaq evinin qarşısından foto paylaşıb.

Musavat.com "Daily Mail"ə istinadən xəbər verir ki, bundan sonra Ukrayna qüvvələri Luqanskda yerləşən həmin mehmanxananı partladıb. Nəticədə 18 nəfər ölüb, 50 nəfər yaralanıb.

Xəbərlərdə iddia olunur ki, işğal altında olan qonaq evinə hücum ABŞ-ın təchiz etdiyi HIMARS raketləri ilə həyata keçirilib.

65530591-11532437-image-a-14_167.jpg (112 KB)

Telegram kanallarında yayımlanan fotolarda binanın böyük ölçüdə dağıntıya məruz qalması əks olunub.

Bölgənin mühacirətdə olan qubernatoru Sergey Qayday Ukrayna televiziyasına bildirib ki, yerli qüvvələr oranı hədəfə alıblar, çünki özəl Vaqner hərbi qruplaşmasının üzvləri orada yerləşiblər, lakin Ukraynanın bu məlumatı haradan aldığını açıqlamayıb.

İddia edilir ki, Priqojinin zərbədən əvvəl Telegram-da yerləşdirdiyi foto Ukrayna ordusuna yeri işarə verib.

Kreml yönümlü ZOV News kanalı deyib: “Oxucu arxivində bu gün Ukrayna Silahlı Qüvvələri tərəfindən dağıdılan Kadiivkada yerləşən otelin fotosu tapılıb. Otelin yanındakı adam Yevgeni Priqojinin oğludur”.

ukahah.jpg (38 KB)

Güman edilir ki, Ukrayna kəşfiyyat qüvvələri Priqojini Telegram-da izləyib və mehmanxanaya zərbə endiriblər.

Luqanskda Moskva tərəfindən dəstəklənən yerli rəsmilər Ukraynanın zərbəsi nəticəsində Kadiivkadakı otel binasının dağıldığını təsdiqləsələr də, binanın istifadə olunmadığını iddia ediblər.

Musavat.com olaraq qeyd edək ki, Yevgeni Priqojin "Putinin aşpazı" ləqəbi ilə tanınır. Milyarder iş adamı qaynar bölgələrdə əməliyyatlar keçirən və təxribatla məşğul olan “Vaqner” özəl hərbi birləşməsinin yaradıcısı və sahibidir.

65529357-11532437-image-a-11_167.jpg (90 KB)

Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqdan olan biznesmen Putini 1990-cı illərdən, bələdiyyə idarəsində işlədiyi vaxtlardan tanıyır.

Priqojinin adı 2010-cu illərə qədər Qərb mediasında "troll fabriki" dezinformasiya bölməsi tərəfindən tez-tez xatırlanırdı.

ABŞ-ın xüsusi müşaviri Robert Mueller tərəfindən aparılan araşdırmaya görə, “troll fabriki” Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə cəhdinin bir hissəsidir. Həmin vaxt Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi iddiası günlərlə müzakirə edilsə də, Moskva bu iddiaları təkzib etmişdi.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR