Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın “Challenger 2” tankları Rusiya ilə sərhədi keçərək Kursk bölgəsində döyüşlərdə iştirak edir.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Sky News” telekanalı yayıb.
Mənbələrin məlumatına görə, Britaniya tankları Ukraynanın Rusiya ərazisindəki hücum əməliyyatına cəlb edilib.
Məlumat təsdiqlənərsə, bu, Ukrayna hərbçiləri tərəfindən Britaniya tanklarının Rusiya torpaqlarında ilk dəfə istifadə edilməsi olacaq.
Londondakı rəsmilər məlumatla bağlı şərh verməkdən imtina edib. Eyni zamanda, Ukrayna silahlı qüvvələri də izahat verməyib.
Böyük Britaniya daha əvvəl bəyan edib ki, Ukrayna Rusiya ərazisində İngiltərə silahlarından istifadə etmək hüququna malikdir.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ