İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! İki ölkə arasında GƏRGİNLİK PİK HƏDDƏ - Casus mərkəzi yaradılır

Çin və ABŞ arasında soyuq müharibə illərini xatırladan yeni bir gərginlik yaranıb.

Musavat.com xəbər verir ki, Amerikanın “Wall Street Journal” nəşri Pekinin Kubada kəşfiyyat bazası qurmağı planlaşdırdığını və ABŞ-ı oradan qabaqcıl vasitələrlə izləyəcəyini iddia edib. Nəşr iqtisadi sıxıntılar yaşayan Havana rəhbərliyinin nağd pul müqabilində elektron müşahidə obyektinin yaradılmasına icazə verdiyini yazıb.

ABŞ-ın Florida ştatının sahillərindən 160 km aralıda yerləşdiriləcək Çin obyektinin bütün Amerikanın cənub zolağına nəzarət edə biləcəyi iddia edilib.

Müqavilə Kubanın 1962-ci ildə Sovet İttifaqına adada nüvə raketlərinin yerləşdirilməsi üçün verdiyi icazəni xatırladıb.

Sovetlər və ABŞ-ı qaynar toqquşma həddinə çatdıran, "Kuba raket böhranı" kimi tarixə düşən hadisələr silsiləsi çərçivəsində Amerikanın Yupiter raketləri Moskvaya qarşı Türkiyəyə yerləşdirilmişdi.

Pentaqonun sözçüsü Patrik Rayder isə xəbəri təkzib edib:

"Bizim belə bir inkişafdan xəbərimiz yoxdur".

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi də qəzetin iddiasını təkzib edib, Ağ Evin Pekin-Havana əlaqələri ilə bağlı “ciddi narahatlığı” olduğunu da əlavə edib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR