İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Gərginliyi artıran GÖRÜNTÜLƏR - Yüksək səviyyədə aktivlik başladı

2022-ci ili ardıcıl ballistik raket sınaqları ilə başa vuran və 2023-cü ildə də dəyişməz qalan Şimali Koreyadan qorxulu peyk görüntüləri gəlib. 

Musavat.com xəbər verir ki, ABŞ-da yerləşən 38 North beyin mərkəzi tərəfindən 2 gün əvvəl yayımlanan, 3 və 17 mart tarixlərində çəkilmiş görüntülər Yonbyon obyektində, o cümlədən tamamlanmaq üzrə olan yeni reaktorda yüksək səviyyədə fəaliyyətin olduğunu ortaya qoyub.

Fotolarda artan suyun su reaktorunun soyutma sistemindən gəldiyi açıq şəkildə görünür.

0 (86).jpg (77 KB)

Digər görüntülərdə obyektdə yeni tikililərin olduğu diqqət çəkir. Obyektdə 5 meqavatlıq əsas reaktor da işləyir.

Görüntüləri dərc edən təşkilatın iddialarına görə, reaktor çox güman ki, qısa müddətdə tamamlanacaq və işə düşəcək.

Bundan əvvəl yayılan görüntülərdən aydın olurdu ki, uran zənginləşdirmə zavodunun ətrafında yeni tikinti başlayıb, ola bilsin ki, onun imkanlarını genişləndirmək məqsədi daşıyıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR