İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Dünyanın gözlədiyi xəbər gəldi - İki ölkə arasında GƏRGİNLİK AZALIR

Çinin müdafiə naziri Li Şanqfu Pekinin ABŞ-la dialoq istədiyini və Sakit okean regionunda “NATO kimi” ittifaqlara qarşı xəbərdarlıq etdiyini bildirib. O vurğulayıb ki, dünya Çin və ABŞ-ın birlikdə böyüməsi üçün kifayət qədər nəhəngdir.

Musavat.com xəbər verir ki, mart ayında müdafiə naziri təyin olunduqdan sonra ilk mühüm beynəlxalq çıxışını edən Şanqfu deyib:

“Çin və ABŞ fərqli sistemlərə malikdir və bir çox cəhətdən fərqlidir. Lakin bu, ikitərəfli əlaqələri inkişaf etdirmək və əməkdaşlığı dərinləşdirmək üçün hər iki tərəfin ümumi dil və ümumi maraqlar axtarmasına mane olmamalıdır”.

Digər tərəfdən ABŞ müdafiə naziri Lloyd Ostin Çinlə yeni soyuq müharibə istəmədiklərini ifadə edib:

"Biz münaqişə və qarşıdurma axtarmırıq, lakin təzyiq və zorakılığa boyun əyməyəcəyik".

Ostin Pekinin beynəlxalq hava məkanında qanuni olaraq uçan ABŞ və müttəfiqlərinin təyyarələrinə qarşı həyəcanverici addımlar atdığını qeyd edib: "Buna görə də müttəfiqlərimizi və tərəfdaşlarımızı məcburiyyət və təzyiqdən müdafiə zamanı dəstəkləyəcəyik".

Xatırladaq ki, Çin ötən həftə Sinqapurda keçirilmiş Şanqri-La Dialoqu çərçivəsində ABŞ-ın iki ölkənin müdafiə nazirləri arasında görüş keçirmək təklifini rədd etmişdi.

Qeyd edək ki, Çin və Tayvan arasındakı gərginliyi azalmaq bilmir. Vaşinqton-Pekin xətti ABŞ-ın Tayvan mövqeyi ilə tarixin ən gərgin dövrünü yaşayır. Bu isə dünyada yeni müharibə qorxusunu artırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR