İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: Bakıda iki Rusiya FTX əməkdaşı saxlanıldı, öldürülən qardaşlar isə vətənə gətirilir – CANLI

Bu gün səhər saatlarından etibarən Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən “Sputnik Azərbaycan” informasiya agentliyinin (Rusiya dövlət agentliyi “Rossiya Seqodnya”nın Bakıdakı filialı) ofisində əməliyyat keçirilib. APA-nın əldə etdiyi məlumata əsasən:

Əməliyyat zamanı iki nəfər saxlanılıb;

Saxlanılan şəxslərin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları olduğu bildirilir;

Hər iki şəxs “Sputnik Azərbaycan”da rəsmi əməkdaş kimi fəaliyyət göstərirmiş.

Rəsmi qurumlar – DİN, XİN və DTŞ (Səfirlik və Azərbaycanın xüsusi xidmət orqanları) hələlik ətraflı açıqlama verməyib.
Bakıdakı səfirliyi məsələ ilə bağlı narahatlığını ifadə edib, diplomatların jurnalistlərlə görüşünə icazə verilmədiyini, səbəblərin də açıqlanmadığını bəyan edib.

Bu hadisə Azərbaycan-Rusiya münasibətlərində gərginliyin artdığı bir dövrə təsadüf edir. Yekaterinburqda saxlanılan və vəfat edən azərbaycanlılarla bağlı Bakıdan verilən sərt reaksiyaların fonunda,

“Sputnik Azərbaycan” ofisinə qarşı bu addımın siyasi rezonans doğuracağı gözlənilir.

Yekaterinburqda iyunun 27-də OMON-un hücumu nəticəsində qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi ailə üzvlərinə təhvil verilib.

Musavat.com xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosu məlumat verib.

Onların nəşi Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı.

Meyitlərin Bakı vaxtı ilə saat 20:30-da Azərbaycana gətirilməsi gözlənilir.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Rusiya çoxlarının məhv etməyə çalışdığı Azərbaycanla dostluq münasibətlərini saxlamağın yollarını tapacaq. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.

"Düşünürəm ki, bu məsələ həllini tapacaq. Biz hər şeyi yoluna qoymalıyıq. Əminəm ki, biz çoxlarının bəzən məhv etməyə çalışdığı dostluq münasibətlərimizi qoruyub saxlamağın yollarını tapacağıq və bunun üçün səbəb axtaracağıq", - Çepa bildirib.

“Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevlə telefon danışığı gündəmdə deyil”.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualına cavabında bildirib.

“Hazırda gündəmdə belə bir söhbət yoxdur, amma digər tərəfdən, lazım gələrsə, ən qısa müddətdə baş tutacaq”, - Peskov Rusiya Prezidentinin gündəliyində Yekaterinburqda azərbaycanlıların tutulması ilə əlaqədar Azərbaycan lideri ilə söhbətin olub-olmaması ilə bağlı suala cavabında qeyd edib.

Bundan başqa Peskov Moskvanın Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirlərinin ləğvi qərarından təəssüfləndiyini də vurğulayıb.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi milli siyasət üzrə ekspert Sülhəddin Əkbərlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR