İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan Putinə mesaj: “Diqqətimiz zəifləməyəcək”

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiya Prezidenti Vladimir Putinin Qərbin Ukraynaya dəstəyinin zəifləyəcəyinə ümid etdiyini bildirib.

“Putin düşünür ki, diqqət azalacaq, başqa böhranlara yönələcək – son həftələr bunu açıq göstərdi. Amma tam məsuliyyətlə deyirəm: nə Almaniyada, nə də Almaniyanın tərəfdaşları tərəfindən buna yol verilməyəcək,” – deyə nazir vurğulayıb.

Musavat.com-un məlumatına görə o əlavə edib ki, Almaniya Ukraynaya yardımı davam etdirəcək və 2025-ci ildə ümumilikdə 9 milyard avrodan çox dəstək ayıracaq. Bu məbləğin 2 milyard avrosu hava hücumundan müdafiə sistemlərinə, raketlərə və sursata yönəldiləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR