İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi

Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən zorakılığa Azərbaycan ictimaiyyətinin etirazına millət vəkili Samir Vəliyev də qoşulub.

Bakupost.az-ın yazdığına görə, mediaya tirajlanan açıqlamasında Samir Vəliyev şablondan, standart cümlə və fikirlərdən qətiyyən kənara çıxmır, artıq 3 gündür deyilən sözləri-ittihamları təkrarlayır. Yalnız bir neçə yerdə S.Vəliyev öz geopolitik və siyasi müdrikliyinin “epogeyini” nümayiş etdirir.

Bunlardan biri də AZAL təyyarəsi ilə bağlı Rusiyanın üzr istəməməsi haqda standart ittihamın səsləndirilməsi zamanı baş verir. S.Vəliyev deyir: “AZAL-a məxsus Bakı-Qroznı sərnişin təyyarəsinin Aktau yaxınlığında vurulması və bu hadisəyə görə Rusiya tərəfinin nə üzr istəməsi, nə də məsuliyyət daşımağa meylli olmaması da vəziyyətin başqa bir dramatik tərəfidir”.

AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında vurulubsa, demək, sərnişin təyyarəmizi vuran Qazaxıstandır! S.Vəliyevin yaxınlığında, böyür-başında bir adam yoxdurmu hörmətli millət vəkilimizə başa salsın ki, AZAL təyyarəsi Aktauda vurulmayıb, Aktauda qəzaya uğrayıb, səbəb isə odur ki, Qroznı səmasında vurulub!

Hələ cümlənin “erməni budaq cümləsi” olmasını bir yana qoyaq...

Samir Vəliyevin informasiya almaq imkanları da məhduddur, deyəsən! Deyir: “İyunun 27-də Yekaterinburqda Azərbaycan əsilli şəxslərə qarşı həyata keçirilmiş genişmiqyaslı polis əməliyyatı nəticəsində beş azərbaycanlının öldürülməsi, digərlərinin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və onlarla şəxsin döyülməsi bu tendensiyanın bariz nümunəsidir...”

Əvvəla, 5 deyil, iki azərbaycanlı öldürülüb; ikincisi, “digərlərinin ağır xəsarətlərlə xəstəxanalara yerləşdirilməsi və onlarla şəxsin döyülməsi” nə deməkdir? “Digərləri” – hansı ümumi sayın “digəridir” və hansı sayı ehtiva edir? Xəstəxanaya yerləşdirilənlər döyülməyənlərdir? Amma döyülənlər “onlarla şəxsdir”?

Ümid edək ki, Rusiyada Samir Vəliyevi oxumayacaqlar, yoxsa...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR