Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimizi kimi, Daxili İşlər Nazirliyi "Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirir.
Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanıblar. Redaksiyanın ətrafında bir neçə polis avtomobili də var. Polis ofisi nəzarətə götürüb.
Qeyd edək ki, bir müddət əvvəl "Sputnik Azərbaycan"ın fəaliyyəti dayandırılmışdı.
Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ