Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı 2024–2027-ci illərdə Ermənistana ümumilikdə 270 milyon avro maliyyə yardımı ayıracaq.
Musavat.com xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşdən sonra bəyan edib.
Kallasın sözlərinə görə, vəsait ölkədə iqtisadi islahatlara, demokratiyanın möhkəmlənməsinə və İrəvanla Brüssel arasındakı münasibətlərin inkişafına yönəldiləcək:
“Avropa İttifaqı və Ermənistan heç vaxt indiki qədər yaxın olmamışdı,” – deyə Aİ rəsmisi vurğulayıb.
O həmçinin əlavə edib ki, Avropa İttifaqı Ermənistanda söz azadlığını və müstəqil medianı dəstəkləməyə davam edəcək.
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ