İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Bu ölkənin tanklarında "Z" simvolunun izləri: Müharibəyə hazırlıq başlayır?

Belarus hökuməti orduya "müharibəyə hazırlıq" əmri verib və hərbi təlimlər başlayıb. Belarusun yaxın müttəfiqi Putinə yardım etmək üçün Ukraynadakı müharibəyə qoşula biləcəyi ilə bağlı iddialar artıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ölkə lideri Aleksandr Lukaşenko indiyədək ordusunu Ukraynadakı münaqişəyə cəlb etməkdən çəkinib, lakin Belarus ərazisinə hücumlar olarsa, ordunun buna cavab verəcəyini bəyan edib.

Keçən həftə keçirilən təlimlərdə Belarus qüvvələrinə məxsus zirehli maşınlar görüntülənib. Onların üzərində rusların həqiqi döyüşlərdə dostu düşməndən ayırmaq üçün istifadə etdiyi “Z” simvoluna oxşar işarələr olub.

6399dec44e3fe106acad206f.jpg (99 KB)

Digər tərəfdən, təlimdə rus əsgərləri ilə birgə əməliyyat planları həyata keçirən Belarus əsgərlərinin missiyasını uğurla başa vurduğu bildirilib.

Təlim çərçivəsində Belarus qoşunları ölkənin qərb və şərqindəki Neman və Berezina çayları üzərindən təyin edilmiş ərazilərə və körpü keçidlərinə sürətli hərəkəti həyata keçirib.

"Hərbi texnikanın və şəxsi heyətin daşınması üçün vətəndaşlardan ümumi istifadədə olan avtomobil yollarında və quru hissələrində daşınma tələb olunacaq", - Belarus MN bəyanatında deyilir.

6399ded24e3fe106acad2071.jpg (93 KB)

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin əvvəlində Kiyevi işğal etməyə çalışan Moskva Belarusdan raketlər atmışdı. Rusiyanın Lukaşenkoya qüvvələrini döyüşə göndərməsi üçün təzyiq göstərdiyi güman edilir.

Ehtimal edilir ki, Belarus qoşunlarının döyüşə cəlb edilməsi Putin üçün qısamüddətli taktiki üstünlüklər təmin edə bilər.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR