İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! ABŞ-ın Ukrayna planı DEŞİFRƏ OLDU - İsrail tikan üstündə

Amerikanın aparıcı qəzetlərindən olan New York Times (NYT) ABŞ-ın Ukrayna planını deşifrə edib.

Musavat.com xəbər verir ki, “Pentaqon İsraildə saxlanan ABŞ silahlarını Ukraynaya göndərir” başlıqlı xəbərdə İsrail rəsmilərinin bu vəziyyətin Rusiya ilə münasibətlərini poza biləcəyindən narahat olduğu qeyd edilib.

İsrail və Amerika rəsmilərinin qəzetə verdiyi məlumata görə, Pentaqon Ukraynanın artilleriya mərmilərinə olan ehtiyacını ödəmək üçün İsraildəki böyük, lakin az tanınan Amerika sursat ehtiyatından istifadə edir.

Qəzet sözügedən razılaşmanın nə vaxt edildiyinin bəlli olmadığını, lakin razılaşmanın detallarını əldə etdiyini vurğulayıb.

NYT yazıb ki, Vaşinqton təxminən 300.000 ədəd 155 millimetrlik mərmi tədarükünə icazə verib. Ukraynaya çatdırılacaq 300 min mərminin təxminən yarısının artıq Avropaya göndərildiyi bildirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR