Onlayn ictimai-siyasi qəzet
Təbrizdə “Azərbaycanın qiyamı yaxındır” məzmunlu yüzlərlə traktat paylanılıb .
Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, Güney Azərbaycan Milli Hərəkatının fəalları Təbriz şəhərində “Azərbaycanın qiyamı yaxındır!” məzmunlu yüzlərlə vərəqə paylayıb və ictimai yerlərə yapışdırıblar.
Yayılan vərəqələrdə Azərbaycan xalqının istiqlaliyyəti ilə bağlı şüarlar, o cümlədən “Azərbaycanın qiyamı yaxındır”, “Azərbaycan şarımız, istiqlal amacımız”, “Güney Azərbaycanın azadlıq yolu istiqlaldan keçir”, “Bağımsızlıq, istiqlal”, “Millətimizə azadlıq, dövlətimizə istiqlal" və s. sözlər yazılıb.
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ