Onlayn ictimai-siyasi qəzet
Sən azərisən, yoxsa türk?
Musavat.com bildirir ki, Güney Azərbaycanda hazırlanan bu videoparça sosial mediada trend olub.
Videodan da göründüyü kimi, Güney Azərbaycanda kimsə özünü "azəri" hesab etmir və bu dili də bilmir.
Musavat.com öz oxucuları üçün bildirir ki, bunun sadə bir səbəbi var. İranın Gilan vilayətində "azəri" adlı kiçik bir etnik qrup var və onlar tamamilə fərqli dildə danışırlar. Hətta iddialara görə onlar dini inanc baxımından müsəlman da deyillər.
Bunu bütün Güney Azərbaycan əhalisi bildiyi üçün o sual onlara qəribə gəlir və hamı "əlbəttə türkəm" deyir.
Beləliklə, güneydəki soydaşlarımız özlərini AZƏRİ hesab etmirlər.
Bəs siz?
Siz özünüzü kim hesab edirsiz?
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ