İnsanlara hürriyət, millətlərə istiqlal!

TBMM-nin erməni deputatı: Zəngəzur yolu Ermənistanın sonu olacaq

Türkiyə Böyük Millət Məclisində DEM (Xalqların Bərabərlik və Demokratiya Partiyası) partiyasından millət vəkili olan erməni Qaro Paylan Zəngəzur dəhlizi ilə bağlı erməni qəzetinə açıqlama verib. 

Musavat.com xəbər verir ki, bu barədə vəkil, keçmiş polis rəisi Fatih Eryılmaz "X" sosial şəbəkəsində yazıb. 

Qaro Paylan müsahibəsində bildirib ki, əgər Zəngəzur yolu açılsa, bu, Turan yolu deməkdir və Ermənistanın sonu olacaq. O, həmçinin qeyd edib ki, Zəngəzur yolu ermənilərin qırmızı xətti olmalıdır. 

Fatih Eryılmaz TBMM-nin erməni millət vəkili Qaro Paylanın bu fikirlərinə münasibət bildirib.

"Bu türkün və Türkiyənin düşmənləri Türkiyədə yaşayır və onun bütün nemətlərindən sonuna qədər faydalanırlar. Ancaq onların həyatlarının yeganə məqsədi türk vətənini, millətini məhv etməkdir.

Son Osmanlı parlamentində (Meclis-i Mebusan) də belə idilər. O zaman etdiyimiz səhvlərə görə nə bədəllər ödədik. Heç olmasa indi dərs alaq. Bu adamı deputat olmaq bir yana, vətəndaşlıqdan da çıxarmaq lazımdır", - Fatih Eryılmaz qeyd edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR