İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalistə vəzifə verildi - Foto

2008-ci ildən fəaliyyət göstərən Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.

Musavat.com-un Report-a istinadən məlumatına görə, bu vəzifə tanınmış idman jurnalisti Elşən Məmmədova həvalə edilib. O, yeni iş yerində Məcid Məcidovu əvəzləyib.

E.Məmmədov "Report"a açıqlamasında məlumatı təsdiqləyərək, etimadı doğrultmaq üçün can-başla çalışacağını söyləyib.

Qeyd edək ki, Elşən Məmmədov 23 ilədək idman mətbuatında - "Şərq" və "Futbol+" qəzetləri, APA Sport, Lent.az və "Report" İnformasiya agentliklərində müxbir və idman şöbəsinin redaktoru kimi çalışıb, "Tərəqqi" medalı ilə təltif olunub.

E.Məmmədov eyni zamanda İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 9 il "İlin Qalibləri" layihəsini, eləcə də son iki ildə minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.

9f452326-c84a-3ced-89ff-d04bd5878d94.jpg (77 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR