İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalist AZADLIQDA

Azərbaycanda sayt rəhbəri Zahir Əmənov azadlığa buraxılıb.

Bu barədə "Report"a onun vəkili Elçin Sadıqov məlumat verib.

Z.Əmənovun barəsində polis nəzarətinə verilmə tədbiri seçilib.

***

Azərbaycanda sayt rəhbəri tutulub.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib.

Onun sözlərinə görə, "cenub.az" saytının rəhbəri Zahir Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Belə ki, aprelin 13-də Masallı rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyev rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, həmin gün “cənub.az” internet saytının rəhbəri Zahir Əmənov övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyərək ondan 1500 manat pul alıb.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.1-ci maddəsilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR