Onlayn ictimai-siyasi qəzet
Ankara mərkəzli 16 il davam edən əməliyyat nəticəsində dövlət qurumlarının sistemlərinə icazəsiz daxil olan və mənfəət əldə edən 58 şübhəli saxlanılıb.
Milli.Az xəbər verir ki, onlardan biri ictimaiyyət arasında "həkim" kimi tanınan Volkan Uçak olub.
Uçakın Ege Universitetinin Psixologiya bakalavr və Klinik Psixologiya magistr diplomlarının saxta olduğu müəyyən edilib. O, təhsilini Dublin Universitetində bitirdiyini iddia etsə də, rəsmi sənədlərdə bakalavr və magistr dərəcələri qeyd olunmayıb.
Əməliyyat zamanı 39 şübhəli həbs olunub, 11 nəfər məhkəmə nəzarəti ilə azad edilib. 20 şübhəli isə həbs edilib.
İlkin araşdırmalara görə, şübhəlilər saxta diplom və sürücülük vəsiqələri hazırlayıb satışını həyata keçirib, eyni zamanda dövlət qurumlarının sistemlərinə qanunsuz girişi təmin ediblər.
28 May 2025
27 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ