İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış biznesmen mədəkiçiltmə əməliyyatından sonra öldü - FOTO 

Məşhur rusiyalı biznesmen və prodüser Pyotr Qavrilov mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişib.

Əməliyyat fevralın 17-də baş tutub. O, klinikadan evə buraxılıb. 

Ayın 20-də Pyotr təcili yardım çağırıb və döş qəfəsində, qarında ağrılardan, nəfəs darlığından şikayətlənib. Lakin o, xəstəxanaya yerləşdirilməkdən imtina edib. Sonradan ağrılar güclənib, Qavrilov komaya düşüb və fevralın 27-də vəfat edib.

Onun ölümünə səbəb mədə rezeksiyasından sonra qan zəhərlənməsi olub. Qavrilovun yaxınları infeksiyanın əməliyyat zamanı onun bədəninə düşdüyünü düşünür və bu səbəbdən cərrah Timur Xaydarovun klinikasını məhkəməyə vermək niyyətindədirlər.

Klinikadan verilən məlumata görə isə prodüser daha sonra başqa bir klinikada da əməliyyat keçirib.

Qeyd edək ki, Qavrilov ötən il evlənib. O, ata olmağa hazırlaşırdı.

Timur Rusiyanın Xalq artisti Filipp Kirkorovun da həkimi olub. Onun keçirdiyi əməliyyatdan sonra Kirkorov görünüşü ilə gündəm olmuşdu. Lakin daha sonra müğənni Slava həkimin sinəböyütmə əməliyyatını keyfiyyətsiz etdiyini demişdi. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR