İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış aşığın kriminal "dastan"ı: piyadanı öldürdü, avtomobili boyadı, izi itirdi - FOTO

Gədəbəy rayonunda ağır yol qəzası törətmiş tanınmış aşıq Vəli Gədəbəyli (Şınıxlı) həbs edilib.

Hadisə 2023-cü ilin avqust ayında Gədəbəyin Qızıltorpaq kəndində baş verib. Aşıq Vəli idarə etdiyi “Vaz” markalı avtomobillə 1965-ci il təvəllüdlü Ələsgər Allahverdiyevi vurub. Piyada hadisə yerində vəfat edib, Aşıq Vəli isə hadisə yerindən uzaqlaşıb.

Hadisədən bir müddət sonra o həbs edilib. Onun barəsində Cinayət Məvəlləsinin 263.2 (Ölümlə nəticələnən yol qəzası) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən uzaqlaşma) maddələri ilə cinayət işi açılıb. Bəlli olub ki, sənətçi həmin gün məclisdən qayıdarkən qəza törədib.

Belə ki, Bakı şəhərində yaşayan və 1997-ci ildən Aşıqlar Birliyinin üzvü olan Aşıq Vəli yay aylarında 6 ay Gədəbəydə kirayədə tutduğu evdə yaşayıb və orada məclislərdə, restoranlarda, turizm obyektlərində işləyib. O, ağır qəza törətdikdən sonra heç nə olmamış kimi yenə toy və digər məclislərə gedərək işinə davam edib. Bu müddət ərzində Aşıq Vəli avtomobilini kirayə yaşadığı yerdə boyayıb və onu gizləyib. Həmçinin sınmış ön şüşəsini dəyişdirib.

Lakin polisin apardığı araşdırmalardan sonra qəzanı kimin törətməsi üzə çıxıb və Aşıq Vəli həbs edilib.

Gədəbəy rayon Məhkəməsinin 1 fevral 2024-cü il tarixli hökmü ilə musiqiçi 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasına əlavə olaraq 2 il 6 ay müddətə sürücülük hüququ da məhdudlaşdırılıb. (Publika.az)

ASİQ SON .png (721 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR