İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada vəziyyət fəlakətlidir – ŞOK

Qəzza zolağında ərzaqla bağlı vəziyyəti fəlakətlidir.

Musavat.com xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının (FAO) icraçı direktoru Sindi Makkeyn Yaponiyanın NHK telekanalına müsahibəsində deyib: "Vəziyyət fəlakətlidir. Orada çox ciddi qida çatışmazlığı problemi var, insanlar aclıqdan ölür".

Makkeynin sözlərinə görə, FAO “Qəzzanın ehtiyac duyduğu miqdarda ərzaq təmin etməyə qadir olan ən böyük və yeganə təşkilatdır”, lakin humanitar işlərə İsrail hərbçilərinin hərəkətləri mane olur: "Silah, tank və digər silahların bizə tərəf yönəldildiyi şəraitdə işləmək çox çətindir". 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR