İnsanlara hürriyət, millətlərə istiqlal!

Neymar millinin növbəti matçlarını buraxa bilər

"Santos"un hücumçusu Neymar zədə səbəbindən Braziliya millisinin növbəti oyunlarını buraxa bilər.

Cümə axşamı futbolçu məşq zamanı zədələnib. Bundan sonra o, yalnız idman zalında fərdi məşq edib.

Artıq klub futbolçunun vəziyyəti ilə bağlı milli komandanı məlumatlandırıb.

Xatırladaq ki, Neymar 2023-cü ilin oktyabrından milli komandada çıxış etmir. Braziliya millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Çili, 10-da isə Boliviya ilə qarşılaşacaq.//Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR