İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın vitse-kansleri gizli səfərlə Kiyevə gəldi  

Musavat.com xəbər verir ki, Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl elan olunmamış səfərlə Ukraynanın paytaxtı Kiyevə gəlib.

Alman mediasının məlumatına görə, səfərin əsas məqsədi Berlinin mümkün sülh prosesində Ukraynaya necə dəstək göstərə biləcəyini aydınlaşdırmaqdır. Klinqbeylin səfəri əvvəlcədən elan olunmayıb və təhlükəsizlik səbəbindən ictimaiyyətə açıqlanmadan həyata keçirilib.

Məlumata görə, vitse-kansler Ukrayna rəhbərliyi ilə görüşlər keçirəcək, həmçinin Kiyevin bərpa planları və müharibədən sonrakı mərhələdə Almaniyanın rolunu müzakirə edəcək.

Ekspertlər bu səfəri Almaniya-Ukrayna münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR