İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp iki telekanalın ləğvinə çağırdı: Onu tənqid edirlər...

ABŞ prezidenti Donald Tramp Amerikanın ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəkləyəcəyini bildirib.

Musavat.com xəbər verir ki, o, bunu "Truth Social" hesabında açıqlayıb.

Bu qərarını isə Tramp telekanalların onu tənqid etməsi, Demokratlar Partiyasının maraqlarını təbliğ etməsi ilə əsaslandırır: “Çox populyar olmasına və bir çoxlarının prezidentlik tarixinin ən yaxşı səkkiz ayı hesab etdiyinə baxmayaraq, ən pis və ən qərəzli televiziya şəbəkələrindən ikisi olan ABC və NBC kimi yalançı media, zamanın 97 faizində mənim haqqımda mənfi xəbərlər nümayiş etdirir. Əgər belədirsə, o zaman onlar sadəcə olaraq Demokratik Partiyanın bir qoludur və çoxlarının hesab etdiyi kimi, FCC onların lisenziyalarını ləğv etməlidir. Mən bunu tam dəstəkləyərdim, çünki onlar o qədər qərəzlidirlər və yalan danışırlar ki, demokratiyamız üçün real təhlükə yaradırlar".

Tramp həmçinin telekanalların hava tezliklərindən istifadəyə görə milyonlarla dollarlıq lisenziya rüsumlarını köçürmədiyini qeyd edərək, ABC və NBC-nin bu pulu ödəməli olduğu fikrini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR